Təcrübə, peşəkarlıq və sevgi ilə xidmət keyfiyyətini yüksəldirik
Haqqımızda
IlkinPro Hospitality təsisçisi İlkin Rüstəmovun vizyonu ilə yaradılıb. Onun arzusu ölkəmizin bütün qonaqpərvərlik müəssisələrində – hotellərdə və restoranlarda – yüksək xidmət mədəniyyətinin formalaşdırılmasıdır. Axı Azərbaycan əsrlərdən gələn zəngin qonaqpərvərlik ənənələrinə malikdir və bu ənənələri müasir müəssisələrdə dirçəltmək, hər bir qonağa hiss etdirmək vacibdir.
İlkin Rüstəmov 15 ildən artıq hotelçilik təcrübəsinə sahibdir. O, karyerası ərzində Fairmont, Marriott, Rixos, Serena Hotels kimi beynəlxalq brendlərdə müxtəlif vəzifələrdə çalışmış, satış koordinatorluğundan baş menecerliyədək yüksələrək böyük idarəçilik təcrübəsi qazanmışdır. Bu bilik və təcrübəyə söykənən IlkinPro Hospitality müəssisələr üçün geniş xidmətlər təqdim edir: peşəkar təlimlər, sahibkarlar və top-menecment üçün konsultasiya dəstəyi, eləcə də innovativ proqram təminatları.
Bugün IlkinPro Hospitality-nin təqdim etdiyi IlkinPro PMS və Channel Manager məhsulları hotellərdə idarəetməni sistemləşdirir, online satış kanallarını avtomatlaşdırır və gəlirləri artırır. IlkinPro Stars isə müəssisələr üçün mükəmməl loyallıq proqramı yaratmağa imkan verir. Bizdə ilk konsultasiya həmişə ödənişsizdir – gəlin danışaq və müəssisənizdə qonaqpərvərliyi yeni zirvəyə qaldıraq.
Otellər üçün hər şey bir yerdə – bulud əsaslı idarəetmə sistemi.
IlkinPro HotelOS – otellərin bütün əməliyyatlarını vahid platformadan idarə etməsi üçün yaradılıb.
Rezervasiyadan qiymət siyasətinə, housekeeping-dən maliyyə hesabatlarına qədər hər şeyi bir sistemdə izləyin və optimallaşdırın.
🔑 Əsas üstünlüklər: 🤖 Dinamik qiymət analizi – bazarı izləyir, qiymətləri optimallaşdırır, gəlirinizi artırır. 🏨 Tam PMS – rezervasiya, check-in/out, housekeeping və hesabatlar bir paneldə. 🔗 200+ OTA sinxronizasiyası – Booking.com, Expedia, Airbnb ilə avtomatik inteqrasiya. 💻 Birbaşa bron mühərriki – saytınızdan komissiyasız rezervasiya imkanı. 🌟 Əlavə modullar – HR, mühasibatlıq, anbar, banketlər və daha çoxu.